YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini: Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət kursunun başlıca xüsusiyyəti onun müstəqilliyidir

«Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət kursunun başlıca xüsusiyyəti onun müstəqilliyidir. Yəni, bu siyasətin məqsədi yalnız Azərbaycan xalqının maraqları üzərində, xalqın firavan gələcəyi naminə həyata keçirilməsidir. Heydər Əliyevin daxili və xarici siyasət kursu dünyada gedən mürəkkəb proseslərin içərisində özünü təsdiq edib». Bu fikirləri yap.org.az saytına Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov bildirib ki, Azərbaycan xarici siyasət kursunun digər bir prinsipi işğalçı Ermənistan istisna olmaqla bütün dövlətlərlə qarşılıqlı faydalı, bərabərhüquqlu dostluq, əməkdaşlıq münasibətlərinin qurulmasıdır. Onun sözlərinə görə, burada birinci növbədə, qonşu dövlətlərlə sıx münasibətlərin qurulmasına diqqət yetirilir.

«Azərbaycanın xarici siyasət kursunun xüsusiyyətlərindən biri də onun çoxvektorlu olmasıdır. Çünki Azərbaycan nümunəvi müsəlman dövlətidir. Azərbaycan Şərqlə Qərbin, Şimalla Cənubun, Asiya ilə Avropanın və müxtəlif sivilizasiyaların kəsişdiyi nöqtədədir. Azərbaycanın region çərçivəsindən kənara çıxaraq müxtəlif iqtisadi layihələrdə aparıcı rol oynaması, dünyada gedən siyasi proseslərdə, terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın fəal iştirakçısına çevrilməsi məhz müstəqil daxili və xarici siyasət xəttinin aparılması sayəsində mümkün olub. Bütün bunları gerçəkliyə çevirən isə Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevdir»- deyə, N.Məmmədov vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv