YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni reallıqlar mühüm dividendlər vəd edir

David İbramxəlilov

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri

Prezident İlham Əliyevin İtaliyaya səfər proqramı çox zəngin oldu. Bu işgüzar səfər dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənildi. Dünyanın, o cümlədən İtaliyanın aparıcı mətbu orqanları sözügedən səfəri geniş işıqlandırıb, iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı və çoxşaxəli əməkdaşlığı ehtiva etdiyi vurğulanıb. Həmçinin qeyd olunur ki, İtaliya Avropada Azərbaycanın əsas ticarət tərəfdaşıdır, bu mənada enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

Cənub Qaz Dəhlizinin 4 seqmentindən biri olan Trans-Adriatik Boru Kəməri Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Humanitar və mədəni əlaqələr, eyni zamanda, İtaliya-Azərbaycan Universitetinin fəaliyyəti vacib faktorlardır. Bütün bu amillər Azərbaycanın regionda artan gücündən və nüfuzundan xəbər verir.

Prezident İlham Əliyevin “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı Azərbaycanın etibarlı tərəfdaş statusunun, eləcə də regionun aparıcı aktoru olmasının əyani təzahürüdür. Eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir.

Dövlətimizin başçısı çıxışında xüsusi vurğulayıb: “Təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu. Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var”.

Prezident İlham Əliyevin İtaliya səfəri iki ölkə arasındakı münasibətlərin daha da inkişafı baxımından və strateji əməkdaşlığın gücləndirilməsi askpektindən kifayət qədər əhəmiyyətlidir. Bundan sonra ölkələr arasında qeyri-neft sektorunda da əməkdaşlığın güclənməsinin müşahidə olunacağı gözlənilir. İtaliya investisiyasının Azərbaycanın qeyri-neft sektoruna və eləcə də işğaldan azad olunan ərazilərimizə cəlb edilməsi də prioritet olaraq qalmaqdadır. Bu baxımdan cənab İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasındakı əməkdaşlıqda yeni bir mərhələnin əsasını qoyacaq.