Xəbərlər
Saat 15:00-a olan məlumata görə, parlament seçkilərində seçici fəallığı 29,49 faiz olub

Milli Məclisə seçkilərlə əlaqədar səsvermənin gedişinə dair növbəti statistik məlumat açıqlanıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 15:00-a olan məlumata görə, seçicilərin 29,49 faizinin (1 milyon 893 min 555) səs verdiyini bildirib.