Xəbərlər
Sakinlərin məntəqələrdə səsvermə hüququndan demokratik və şəffaf şəkildə istifadəsi üçün bütün şərait yaradılıb
Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər yerli müşahidəçilər tərəfindən də izlənilir.
Yerli müşahidəçilər, o cümlədən Qeyri-Hökumət Təşkilatlarının təmsilçiləri 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə Ağalı kəndində yerləşən 33 saylı seçki məntəqəsi olublar.
“Azərbaycan Tələbə Gənclər Təşkilatı” QHT-nin nümayəndəsi Jalə Quliyeva bildirib ki, seçicilər səsvermədə böyük coşqu ilə iştirak edirlər. “Apardığımız müşahidələr zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb. Seçicilər məntəqələrə böyük coşqu, sevinc və Vətən müharibəsində qazanılan Zəfərin onlara bəxş etdiyi qürur hissi yaxınlaşıraraq səsvermə hüququndan istifadə edirlər. Bu, tarixi hadisədir ki, parlament seçkiləri ilk dəfədir qalib və bütöv Azərbaycanda keçirilir. Biz ilk olaraq müşahidələrimizi Laçın rayonundan başladıq, sonra Ağalı kəndindəki seçki məntəqsinə gəldik. Sakinlərin məntəqələrdə səsvermə hüququndan demokratik və şəffaf şəkildə istifadəsi üçün bütün şərait yaradılıb”, - deyə o bildirib.