Xəbərlər
Cahit Bağçı: Müttəfiqlik münasibətlərimizi genişləndirmək üçün səylərimizi qərarlılıqla davam etdirəcəyik
Qardaş Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhadətə yüksələn şəhidlərimiz “İki dövlət, bir millət” şüarının əsasını təşkil edərək, Türkiyə-Azərbaycan qardaşlığının möhkəmləndirilməsində, şübhəsiz ki, ən böyük pay sahibidirlər.
Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı avqustun 30-da qardaş ölkənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə "Türk şəhidliyi"ni ziyarəti zamanı söyləyib.
O bildirib ki, onların qəhrəmanlıqları illər sonra 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan qurtaran Azərbaycan əsgərlərinə ilham və güc verdi. Cahit Bağçı deyib: “Şəhid düşdüyünüz bu torpaqlarda millətin qəlbində əbədi yaşayacaqsınız. Sizdən miras qalan bir inancla müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimizi bundan sonra daha da genişləndirmək üçün səylərimizi qərarlılıqla davam etdirəcəyik”.