YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Məqsədlərə doğru inamla irəli

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 41 saylı Gəncə - Samux – Goranboy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Müşfiq Cəfərovun Goranboy rayonu Düzqışlaq və Baxcakürd kəndlərinin seçicilərilə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış edən deputatlığa namizəd partiyanın seçki platforması haqqında ətraflı məlumat verib. O, çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və layiqli namizədlərə səs verməyə çağırıb.

Həmin gün Müşfiq Cəfərov Gəncə şəhərində də seçiciləri ilə görüşüb. Görüşdə şəhid ailələri, qazilər və digər vətəndaşlar iştirak edib.

DİGƏR Xəbərlər Arxiv