Xəbərlər
Qardaş ölkələr müttəfiq oldu
Arif Fərzəliyev
YAP Cəbrayıl rayon təşkilatının sədri
Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə müttəfiqlik münasibətlərinə dair müqavilə imzaladı. İki qardaş ölkə rəsmən müttəfiq oldu.
İmzalanan müqavilə Azərbaycanla Özbəkistan arasında olan bütün münasibətləri mütəffiqlik səviyyəsinə qaldırmaqla yanaşı Türk dünyasının inteqrasiyası və əməkdaşlığı üçün də yeni imkanlar açacaq. Azərbaycanla qardaş Türkiyə arasında 2021-ci ilin iyunun 15-də imzalanan müttəfiqlik haqqında “Şuşa Bəyannaməsi”ndən sonra Özbəkistanla müttəfiqlik haqqında növbəti müqavilənin imzalanacağı gözlənilə idi. Çünki hər iki ölkənin liderlərinin apardıqları müdrik siyasət, bir-birilərinə olan inam, dostluq və qardaşlıq əlaqələri bu gözləntiyə əsas verirdi.
Bu gün imzalanan mütəffiqlik sənədi ölkələrimizi bir birinə daha da yaxınlaşdırmaqla hər iki ölkənin dünyadakı rolunu və gücünü daha da artıracaqdır. Prezident İlham Əliyevin vurğuladığı kimi iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlətin imzaladığı müttəfiqlik haqqında sənəd bir çox hallarda regional siyasəti müəyyən edəcəkdir.
İnanıram ki, “Bizim ailəmiz Türk dünyasıdır” deyən, bu ilin iyulun 6-da Şuşada Türk Dövlətləri tərəfindən “Qarabağ Bəyannaməsi”nin imzalanmasına nail olan cənab İlham Əliyevin öndərliyində Türk dünyasının inteqrasiya prosesi bundan sonra da uğurla davam edəcək, Özbəkistanla imzalanan belə bir tarixi sənəd digər Türk dövlətləri ilə də imzalanacaqdır. Bu isə o deməkdir ki, tarix Türk dünyasının güc mərkəzinə çevrilməsi missiyasını Azərbaycana və onun Liderinə həvalə edib. Danlmaz bir həqiqət var. Bizi ümumi tarixi köklər və çoxəsrlik dostluq birləşdirir. Bizim dinimiz, mədəniyyətimiz, adət-ənənələrimiz eynidir. Bütün bunlar hərtərəfli əməkdaşlıq üçün möhkəm zəmin rolunu oynayır. Bu gün çoxşaxəli əlaqələrin daha geniş miqyasda inkişaf edəcəyinə tam təminat verildi.
Orta Asiyanın mühüm ölkələrindən biri olan Özbəkistanla hərbi əməkdaşlığın perspektivləri isə çox yüksk qiymətləndirirəm. Prezident İlham Əliyevin Özbəkistana səfərində bir sıra iqtisadi və humanitar sazişlərlə bərabər iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirmək barədə sazişin imzalanmas olduqca mühüm tarixi hadisədir. Hesab edirəm hələlik ilkin addımlar atılsa da, istiqamət hərbi müttəfiqliyə doğru gedir. Hər iki ölkə qarşılıqlı olaraq bunda maraqlıdır. Bu isə o deməkdir ki, gələcəkdə Azərbaycanla Özbəkistanın hərbi müttəfiq olmaları tamamilə mümkündür.
Özbəkistan indi faktiki Azərbaycan kimi bloklara qoşulmayan ölkədir və ikitərəfli əməkdaşlığa önəm verir.
Son illər bu ölkənin qardaş Türkiyə ilə də əlaqələrində ciddi irəliləyiş var. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı yaşanan müsbət olaylar, demək olar ki, bütün sahələr üzrə imzalanan sənədlər və perspektivlə bağlı nəzərdə tutulan layihələr həm iki ölkə arasındakı xoş münasibətlərin göstəricisidir, həm də regionda sülh və təhlükəsizliyi dəstəkləyən dövlətlərin vahid iradəsinin təcəssümüdür. Hər iki ölkə başçısının mətbuata bəyanatından da göründüyü kimi bu səfər zamanı geniş müzakirələr aparıldı və həmin müzakirələrin yekun nəticəsi olaraq bağlanan sazişlərin biri də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsi barədə idi. Təbii ki, hərbi və təhlükəsizlik məsələləri bütün ölkələr kimi Azərbaycan və Özbəkistan üçün də əsas prioritetlərdən birini təşkil edir və bu münasibətləri gələcəkdə daha dərin hərbi müttəfiqlik səviyyəsinə çatdırmaq mümkündür.
Ən böyük reallıqlardan biri də odur ki, illər əvvəl bizim üçün xəyal olan Azərbaycan-Özbəkistan müttəfiqliyini gerçləkləşdirən Prezident İlham Əliyevə və Prezident Şavkat Mirziyoyev yeni bir tarix yazdılar.