Xəbərlər
Hədəflərə doğru inamla

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nizami Babaşov Nərimanov rayonu, Faiq Yusifov küçəsindəki ünvanlarda yaşayan seçicilərlə görüşüb.
Görüşdə deputatlığa namizəd Nizami Babaşov seçicilərə YAP-ın seçki platforması və qarşıda duran məqsədlər barədə ətraflı məlumat verib, bildirib ki, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməklə seçicilər Azərbaycan dövlətinin təməl prinsiplərini dəstəkləmiş olurlar.
Məhəllə görüşlərində seçicilərə YAP tərəfindən hazırlanmış maarifləndirici təbliğat materialları paylanılıb.
Seçicilər seçki prosesində aktiv iştirak edəcəklərini və partiyanın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.