YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə XİN: Rəsmi Ankara Dağlıq Qarabağda keçiriləcək “seçkilər”in nəticələrini tanımayacaq

Türkiyə təcavüzkar Ermənistanın işğal altında saxladığı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçiriləcək “bələdiyyə seçkiləri”nin nəticələrini tanımayacaq.

Türkiyə Xarici İşlər Nazirliyinin bu barədə yaydığı bəyanatda deyilir ki, 2015-ci il mayın 3-də Dağlıq Qarabağ bölgəsində keçirilən “parlament seçkiləri” kimi, yaxın günlərdə keçirilməsi nəzərdə tutulan “bələdiyyə seçkiləri” də beynəlxalq hüquq prinsiplərinin, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT prinsiplərinin açıq şəkildə pozulması deməkdir. Bu və digər belə hadisələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tam həll edilməsinə yönəlmiş səylərə zərər verir.

Bəyanatda bildirilir ki, Türkiyə tərəfi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün yeni bir pozuntunu təşkil edəcək sözügedən “seçkilər”i pisləyir. Bu “seçkilər” qeyri-qanunidir və onun nəticələri Türkiyə tərəfindən tanınmayacaq.

Diqqətə çatdırılır ki, ATƏT-in Minsk qrupunun üzvü olan Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli yolla həll olunması istiqamətində göstərilən səyləri dəstəkləməkdə davam edəcək.