YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Avropa Parlamenti Azərbaycanla bağlı qəbul etdiyi qərəzli və sifarişli qətnaməsi ilə ikiüzlü mahiyyətini bir daha nümayiş etdirmiş oldu

Avropa Parlamenti Azərbaycanla bağlı qəbul etdiyi qərəzli və sifarişli qətnaməsi ilə ölkəmizə münasibətdə özünün ikiüzlü mahiyyətini bir daha nümayiş etdirmiş oldu. Bu fikri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, qətnamədə səslənən ittihamlar o qədər absurddur ki, onları şərh etməyə belə dəyməz.

"İnsan hüquq və azadlıqlarının hər gün kobud şəkildə pozulduğu, müsəlmanların daima təzyiq və diskriminasiyaya məruz qaldığı, özlərinin viran qoyduğu ölkələrdən məcburən Avropaya pənah gətirən miqrantların (uşaqların, qadınların və qocaların) acımadan qətlə yetirildiyi, zor tətbiq edilərək döyüldüyü, qucağında uşaq olan ahılın qaçan zaman avropalı jurnalist tərəfindən “ayaq qoyaraq” yıxıldığı bir vaxtda Avropanın “baş bilən”lərinin yığışıb bu biabırçılığa qiymət vermək əvəzinə Azərbaycanı hədəfə almaları təkcə siyasi paradoks deyil, həm də riyakarlıqdır. Mən bilmirəm bundan sonra Avropa Parlamenti və Avropa İttifaqı hansı üzlə Azərbaycanla əməkdaşlıqdan və tərəfdaşlıqdan danışacaq? Təəssüflər olsun ki, Avropa Parlamenti bu qətnamə ilə təkcə Azərbaycanda deyil, bütövlükdə bölgədəki maraqlarına ciddi zərbə vurmuş oldu"- deyə, o vurğulayıb.

A.Quliyev qeyd edib ki, Avropa Parlamenti özünün bu məsuliyyətsiz addımı ilə Azərbaycanla müxtəlif istiqamətlərdə, o cümlədən insan hüquq və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin gücləndirilməsi və hamılıqla qəbul edilən problemlərin həlli istiqamətində mövcud olan “dialoq pəncərəsi”ni də qapatmış oldu.

DİGƏR Xəbərlər Arxiv