Xəbərlər
Məlahət İbrahimqızı: Avropa Parlamentindən ədalətli mövqe gözləmək mümkün deyil
«Avropa Parlamenti Azərbaycanla bağlı dəfələrlə qərəzli qətnamələr qəbul edib. Bundan sonra da belə təşkilatlardan ciddi məsələlərlə bağlı obyektiv, ədalətli münasibət gözləmək mümkün deyil». Bu fikirləri yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, Avropa Parlamentindən konstruktiv əməkdaşlıq gözləməyə dəyməz. Onun sözlərinə görə, Azərbaycan dövləti gücləndikcə onun təhlükəsizlik konsepsiyası və doktrinası daha da gücləndirilir. Bu da bəzi xarici qüvvələrin və güclərin xoşuna gəlmir.
«Ona görə də, müxtəlif bəhanələrlə ölkəmizə qarşı təzyiqlər edirlər. Avropa Parlamentinin qətnaməsinin mahiyyətində də bu amil dayanır. Azərbaycan dövləti həyata keçirdiyi siyasətdə milli maraqlarımızın təmin olunmasına əsaslanır. Ona görə də, dövlətimiz bu məsələdə daim öz prinsipiallığını qoruyur»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.