YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri Türkiyə mediasının diqqət mərkəzində olub.

Qardaş ölkənin kütləvi informasiya vasitələri Azərbaycan və Özbəkistan liderlərinin çıxışlarının mətnlərinə istinad edərək, Prezident İlham Əliyevin Daşkəndə səfəri zamanı imzalanmış sənədlərin əhəmiyyətini vurğulayıblar.

Türkiyə mediasının materiallarında Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi faktı qeyd edilib. Diqqətə çatdırılıb ki, bu münasibətlər iki türk dövləti arasında əlaqələrin gələcək inkişafı istiqamətini müəyyən edəcək.

Məqalələrin müəllifləri İlham Əliyevin Mərkəzi Asiya ölkəsinə səfərinin Bakı və Daşkəndin dövlətlərarası münasibətlərində yeni səhifə açdığını vurğulayıblar.

Materiallarda prezidentlərin yeni birgə layihələrin həyata keçirilməsinə, eləcə də mədəniyyət və nəqliyyat sahələrində əlaqələrin dərinləşdirilməsinə hazır olduqları barədə fikirləri sitat gətirilir.

Türkiyə Böyük Millət Məclisində “İYİ” Partiyasından olan deputat Kürşad Zorlu da Prezident İlham Əliyevin Özbəkistana səfərinin nəticələrini yüksək qiymətləndirib.

Millət vəkili Azərbaycan ilə Özbəkistan arasında müttəfiqlik haqqında Müqaviləni bütün Türk dünyası üçün mühüm mərhələ adlandırıb.

Onun sözlərinə görə, Bakı ilə Daşkənd arasında dialoq regionda diplomatiya sahəsinin çərçivəsini genişləndirir. “Ümid edirəm ki, ən yüksək səviyyədə Azərbaycan-Özbəkistan danışıqlarının nəticələri Türk Dövlətləri Təşkilatının bütün ölkələri üçün faydalı olacaq”, -deyə Zorlu bildirib.

DİGƏR Xəbərlər Arxiv