Xəbərlər
Musa Quliyev: Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi prosesi uğurla davam edir
«Prezident İlham Əliyev bu günlərdə keçirdiyi müşavirədə çox mühüm, tarixi əhəmiyyətli tezislər ortaya qoydu. Ölkə başçısı çıxışı zamanı dünyada gedən həm siyasi, həm də maliyyə böhranına toxundu. Ölkə Prezidenti müşavirədə qeyd etdi ki, Azərbaycan bir sabitlik adasıdır. Bu fikirləri rəhbər tutaraq düşünürəm ki, 2016-cı il də xalqımız üçün uğurlu il olacaq». Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, dünyada gedən proseslərdən hansı ölkənin necə çıxacağı həmin ölkənin rəhbərliyi ilə xalqın birliyindən asılı olan məsələdir. Onun sözlərinə görə, ölkə istər sosial, istər iqtisadi, istərsə də ölkədə ictimai sabitliyin qorunmasında müsbət irəlliləyişlər davam edir.
«Dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz yüksəliş dövrünü yaşayır. Çünki dövlət öncədən bu cür proseslərin olacağını gözlədiyi üçün lazımi tədbirləri həyata keçirmişdi. Ona görə də, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi prosesi davam edir. Qeyri-neft sektorunun, elmin inkişafı üçün investisyalar qoyulub ki, bunun da ölkəmizə qazandırdığı dividentləri artıq görürük. Cənab Prezidentin düzgün, balanslaşdırılmış siyasət yürütməsi, qarşıya qoyulan məqsədlərin zamanında həyata keçirilməsi imkan verir ki, bu gün Azərbaycan dövləti neftdən asılılığı aradan qaldıra bilsi»- deyə, M.Quliyev vuruğlayıb.