YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asim Mollazadə: Azərbaycanın beynəlxalq müstəvidə imici yüksəkdir və bu imic daha da güclənməkdədir

«BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseynin Azərbaycanda insan hüquqları ilə əlaqədar səsləndirdiyi fikirlər ölkəmizə qarşı aparılan kampaniyanın tərkib hissəsidir». Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.

A.Mollazadə bildirib ki, burada əsas məqsəd ölkəmizdə insan hüquqlarının olmaması məsələsini qabardaraq, Azərbaycanın Qərb ölkələri ilə münasibətlərinə xələl gətirməkdir.

«Təbii ki, bunun arxasında çox ciddi təşkilatlanmış erməni diasporası dayanır. Hesab edirəm ki, Azərbaycanın beynəlxalq müstəvidə imici yüksəkdir və bu imic daha da güclənməkdədir. Biz Azərbaycanla bağlı bütün həqiqətləri dünyaya çatdırmaq işini yüksək səviyyədə davam etdirməliyik»- deyə, komitə üzvü qeyd edib.

DİGƏR Xəbərlər Arxiv