Xəbərlər
İnkişafın və tərəqqinin əsası
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nizami Babaşovun Nərimanov rayonunda müxtəlif ünvanlarda yaşayan seçicilərlə görüşüb.
Deputatlığa namizəd Nizami Babaşov həmin ərazidə yerləşən Vətən müharibəsi şəhidi Sinan Məmmədovun evinin önündəki abidəni ziyarət edib, ailəsi ilə görüşüb.
N.Babaşov seçicilərə YAP-ın seçki platforması və qarşıda duran məqsədlər barədə ətraflı məlumat verib. Bildirib ki, YAP-ın namizədlərinə səs verməklə seçicilər Azərbaycan dövlətinin təməl prinsiplərini dəstəkləmiş olurlar.
Məhəlli görüşlərdə seçicilərə YAP tərəfindən hazırlanmış maarifləndirici təbliğat materialları paylanılıb.
Seçicilər seçki prosesində fəal iştirak edəcəklərini və partiyanın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.