YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasına inamımız sonsuzdur

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 19 saylı Nərimanov birinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Hikmət Məmmədovun Nərimanov rayonu, A.Məmmədov 22 və İ.Hidayətzafə 3 küçələrində yaşayan seçicilərlə görüşü keçirilib.

Görüşdə deputatlığa namizəd Hikmət Məmmədov qarşıdakı parlament seçkilərinin xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olacağına əminliyini ifadə edərək seçiciləri seçki prosesində fəal iştirak etməyə çağırıb.

Hikmət Məmmədov Yeni Azərbaycan Partiyasının seçki platforması haqda məlumat verib və bildirib ki, qələbələr partiyası olan YAP bu seçkiyə “Yeni dövrə yeni Azərbaycanla” şüarı ilə gedir: “Bu, o deməkdir ki, Azərbaycan yeni bir dönəmə qədəm qoyub. Bu dönəmdə Yeni Azərbaycan Partiyası böyük və uğurlu layihələrə imza atacaqdır”.

Hikmət Məmmədov seçiciləri 1 sentyabrda YAP-ın namizədini dəstəkləməyə çağırıb.

DİGƏR Xəbərlər Arxiv