Xəbərlər
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ), Jak Foru (Fransa), yaxın zamanlarda fəaliyyətə başlayacaq Fransadan olan həmsədr Pyer Andryönü və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.