Xəbərlər
Yeni dövr yeni hədəfləri müəyyən edir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsindən namizədliyi irəli sürülmüş Nizami Babaşovun Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yaşayan seçicilərlə görüşü keçirilib.
Görüşdə deputatlığa namizəd Nizami Babaşov bildirib ki, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməklə seçicilər dövlətin təməl prinsiplərini dəstəkləmiş olurlar: “Seçki platformasında Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar, yəni siyasi-iqtisadi, demokratik islahatlar, ordu quruculuğu əsaslı şəkildə diqqətə çatdırılır. “Yeni dövrün yeni hədəfləri olmalıdır” çağırışına əsasən görüləcək işlər, qarşıda duran vəzifələr açıqlanır. YAP hər dövrün çağırışının yerinə yetirilməsinə öz töhfələrini verən, daim yeniliyə, təkmilləşməyə maraq göstərən partiya kimi cəmiyyətdə nüfuz qazanıb”.
Məhəlli görüşlərdə seçicilərə YAP tərəfindən hazırlanmış maarifləndirici təbliğat materialları paylanılıb.
Seçicilər seçki prosesində fəal iştirak edəcəklərini və partiyanın namizədini dəstəkləyəcəklərini bildiriblər.