Xəbərlər
Leyla Abdullayeva: Azərbaycanda uşaq hüquqlarının müdafiəsi dövlətimizin diqqət mərkəzindədir

«Azərbaycanda uşaq hüquqlarının müdafiəsi dövlətimizin diqqət mərkəzindədir». Bu fikri Milli Məclisin deputatı Leyla Abdullayeva deyib.
L.Abdullayeva bildirib ki, ölkə rəhbərliyi səviyyəsində hər zaman uşaqlara diqqət və qayğı göstərilib. Onun sözlərinə görə, 2009-cu ilin ölkəmizdə «Uşaq ili» elan olunması da bu faktı bir daha təsdiqləyir.
«Eyni zamanda, Heydər Əliyev Fondunun uşaqlara qayğı istiqamətində gördüyü işlər xüsusi vurğulanmalıdır. Bütövlükdə, Azərbaycanda bu sahədəki vəziyyət başqa ölkələrə də nümunə ola bilər»- deyə, L.Abdullayeva qeyd edib.