Xəbərlər
Yeni uğurlara imza atırıq
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Zaman Məmmədovun Yasamal rayonunda seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən deputatlığa namizəd Zaman Məmmədov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirilib ki, Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından şərəflə çıxaraq möhtəşəm uğurlara imza atır: “Əminliklə söyləmək olar ki, qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş YAP növbəti dəfə möhtəşəm qələbə qazanacaq”.
Zaman Məmmədov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.