YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İnamın bariz nümunəsi

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 39 saylı Gəncə ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvin Kərimzadə Gəncə şəhərində bir neçə qəhrəman şəhidimizin ailəsini evlərində ziyarət edib.

Səmimi keçən görüşlərdə Pərvin Kərimzadə bildirib ki, şəhidlərin ailə üzvləri həmişə başlarını dik tutmalıdırlar, çünki onların əzizləri müqəddəs torpaq, Vətən uğrunda canlarını qurban veriblər. O, deputat seçiləcəyi təqdirdə bu kateqoriydan olan vətəndaşların arzu və istəklərini yerinə yetirəcəyini bildirib. Qeyd edib ki, qarşıdan gələn parlament seçkiləri ölkəmizin parlaq gələcəyi naminə mühüm əhəmiyyət kəsb edir.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirib, Pərvin Kərimzadəyə qarşıdan gələn növbədənkənar parlament seçkilərində uğurlar arzulayıblar.