YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qətiyyətin nəticəsi

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 85 saylı Füzuli-Ağcabədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Dəyanət Cəfərovun Ağcabədi rayonu, Sarvanlar, Minəxorlu və Kəhrizli kəndlərində seçicilərlə görüşü keçirilib.

Görüşlərdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov görüşləri açaraq bildirib ki, Prezident İlham Əliyevin 28 iyun tarixli Sərəncamı ilə sentyabr ayının 1-də ölkəmizdə Milli Məclisə növbədənkənar seçkilər təyin edilib. O, bildirib ki, ölkəmiz çoxillik dövlətçilik tarixinin ən parlaq, eyni zamanda keşməkeşli dövrünü yaşayır: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində, 2023-cü ildə 23 saatlıq lokal antiterror əməliyyatları nəticəsində qəhraman hərbiçilərimizin qazandığı tarixi Zəfərlə ölkəmiz yeni bir dövrə qədəm qoyub. Qarşıda duran əsas məqsəd xalqın rifahına və dövlətin çiçəklənməsinə hesablanmış yeni hədəflərin reallaşdırılmasıdır”.

Ona görə də bizdə inam var ki, Azərbaycanın iqtisadi cəhətdən güclənməsində, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasında xüsusi rolu olan YAP seçkilərdə yenə də uğurlara imza atacaqdır.

Deputatlığa namizəd Dəyanət Cəfərov çıxışında hazırda ölkəmizin siyasi səhnəsində aparıcı rola malik olan Yeni Azərbaycan Partiyasının növbəti seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində əldə edilən möhtəşəm Qələbədən sonra yaranmış reallıqları özündə ehtiva edən hədəflərlə qatıldığını bildirib. YAP-ın seçki platforması haqqında ətraflı məlumat verən D.Cəfərov Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurları olaraq ölkəmizin sosial-iqtisadi tərəqqisi və müdafiə qabiliyyətinin yüksəlməsi barədə geniş danışıb.

Natiq qeyd edib ki, seçicilər Milli Məclisə keçiriləcək seçkilərin böyük fərəhlə ölkəmizin bütün ərazilərində keçirilməsinin şahidi olacaqdır.

Sarvanlar kəndində seçicilər adından şəhid atası Asif Cəfərov, Rəsmiyyə Allahverdiyeva, Ədalət İsmayılov, Minəxorlu kəndində Raquf Quliyev, Amil Məlikov, Kəhrizli kəndində Rais Məhərrəmov və Lətafət Qasımova çıxış edərək YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.

Hər üç görüş Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv