YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Növbəti zəfərlərin astanasında

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsindən deputatlığa namizəd Nizami Babaşovun seçicilərlə görüşü keçirilib.

Çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov bildirib ki, insanlarda seçki əhval-ruhiyyəsi yüksəkdir: “Azərbaycan hüquqi-demokratik dövlətdir, ölkəmizdə mükəmməl seçki qanunvericiliyi mövcuddur. Seçki marafonunda kifayət qədər namizədin iştirak etməsi də parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğuna bir daha dəlalət edir”.

Görüşdə çıxış edən deputatlığa namizəd Nizami Babaşov bildirib ki, seçkilər ərəfəsində cəmiyyətimizdə siyasi fəallıq yüksək səviyyədədir: “İnsanlar yenilikləri, islahatları dəstəkləyirlər. Ona görə də, budəfəki seçki fəallığı daha yüksəkdir. Azərbaycanda azad, demokratik və şəffaf seçkilərin keçirilməsi üçün dövlətimizin siyasi iradəsi ortadadır. Seçkilərin beynəlxlaq standartlara uyğun qaydada keçirilməsi üçün bütün tədbirlər həyata keçirilib. Namizədlər üçün bərabər imkanlar yaradılıb. 1 sentyabrda seçicilər öz mövqelərini sərbəst şəkildə nümayiş etdirəcəklər”.

Görüşdə, həmçinin YAP Nizami rayon təşkilatının təşviqat qrupunun üzvləri Məhi Mehtiyev, Ədhəm Məmmədov, eləcə də seçicilər adından İslam İsmayılov və digərləri çıxış ediblər. Onlar seçiciləri səsvermə günü fəal olmağa və YAP-ın namizədinə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər də öz növbəsində 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini əminliklə ifadə ediblər.