Xəbərlər
Görülən işlərin məqsədi…
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Ölkəmizdə uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı görülən işlərin bir məqsədi olub ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdən-ilə də gənclərin idmana maraqları artır.
Avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan güclü idman dövlətidir. Ölkəmizin Olimpiya Oyunlarındakı uğurları əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, Azərbaycan bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer alaraq 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, bu, çox gözəl və tarixi nəticədir.
İdmançılarımız Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edərək Bayrağımızı ucaltdılar və bütün xalqımızı sevindirdilər. Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır.
Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı Prezident İlham Əliyev vurğuladı ki, idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır. Xüsusilə qızıl medalçılarımız Olimpiya Oyunlarının ilk günlərində qələbə sevincini xalqımıza bəxş etmişlər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər. Bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. Ölkə başçısı çıxışında Azərbaycanda idmanın bir çox növlərnini inkişaf etdiyini diqqətə çatdırdı. İdmançılarımız beş idman növündə - cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə medallar qazanmışlar. Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir.
Avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı Prezident İlham Əliyev onu da vurğuladı ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq. Belə ki, müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir.