Xəbərlər
Firavan gələcək naminə...
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 111 saylı Zaqatala-Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüsalə Mahmudovanın YAP Zaqatala rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov qeyd edib ki, Yeni Azərbaycan Partiyası çox böyük tarixi yol keçib: “YAP-ın ideyalarına, Azərbaycan dövlətinə və dövlətçiliyə sadiq insanlar, həmçinin, ziyalılar, Vətəninə, millətinə bağlı olan insanlar bu partiyada təmsil olunurlar. YAP ötən seçkilərdə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də ən layiqli namizədlərini irəli sürüb”.
Çıxış edən deputatlığa namizəd Vüsalə Mahmudova YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək bildirib ki, Prezident İlham Əliyev inkişafın Azərbaycan modelinin əsasını qoyub. Ölkəmizin inkişafı bir çox dövlətlərə nümunədir. Bu gün elə bir sahə yoxdur ki, orada inkişaf göstəriciləri qeydə alınmasın. Azərbaycan bütün sahələrdə inkişaf etməklə bir daha dünyaya sübut edib ki, müstəqilliyimiz əbədidir”.
Görüşdə çıxış edən seçicilər də YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.