YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP inamlı qələbə qazanacaq

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 91 saylı Göyçay seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fərid Əkbərovun Göyçay rayonunun Bığır kəndində seçicilərlə görüşü keçirilib.

Görüşlərdə çıxış edən YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov deputatlığa namizəd Fərid Əkbərov haqqında seçicilərə məlumat verib. S.Şükürov xalqın böyük rəğbətini qazanmış YAP-ın bütün seçkilərdə böyük fəallıq nümayiş etdirdiyini və tarixi uğurlara nail olduğunu söyləyib.

Çıxış edən deputatlığa namizəd Fərid Əkbərov əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verərək, bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının xalqın dəstəyi ilə inamlı qələbə qazanacağına əminliyini ifadə edib. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən müasir tələblərə və çağırışlarına uyğun uğurla davam etdirilməsi sayəsində Azərbaycan Avroatlantik məkanda mühüm strateji mərkəzə çevrilib.

Tədbirdə təşviqat qrupunun üzvləri Zahidə Mirzəliyeva, Samirə Vəliyeva, Əlisafa Bəykişiyev və digərləri çıxış edərək seçiciləri sentyabrın 1-də keçiriləcək seçkilərdə fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.

Bığır kənd seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

DİGƏR Xəbərlər Arxiv