Xəbərlər
Azərbaycanın inkişaf modeli nümunədir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 93 saylı Ağdaş seçki dairəsindən namizədliyi irəli sürülmüş Anar Şahmuradovun seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla həyata keçirən Prezident İlham Əliyev ölkəmizin davamlı inkişafını təmin edir. O, daha sonra deputatlığa namizəd Anar Şahmuradov haqqında seçicilərə məlumat verib.
Deputatlığa namizəd Anar Şahmuradov çıxış edərək YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Azərbaycanın dünyada yüksək nüfuz və söz sahibi olduğunu qeyd edib. Bildirib ki, ölkəmizin uğurlarının təməlində Ulu Öndər Heydər Əliyevin siyasi kursu dayanır: “Azərbaycanın gələcək inkişafı və yeni hədəflərə nail olması da məhz Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə mümkündür. Odur ki, xalqımız yeni dövrə Yeni Azərbaycanla qədəm qoyur”.
Çıxış edən seçicilər bildiriblər ki, sentyabrın 1-də seçki məntəqələrinə gedərək Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər.