YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda seçkilər beynəlxalq standartlara uyğun keçirilir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hikmət Məmmədov Nərimanov rayonunda seçicilərlə növbəti  görüş keçirib.
Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov vurğulayıb ki, ölkəmizdəki   sabitlik, davamlı inkişaf və vətəndaş cəmiyyətinin formalaşması  ilə xarakterizə edilən iqtisadi tərəqqi Azərbaycanda demokratik təsisatların  inkişafı üçün etibarlı zəmin yaradıb. A.Abbasov bildirib ki, Prezident, YAP-ın Sədri İlham Əliyev böyük fədakarlıqla və qətiyyətlə Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir: “Regionda söz sahibi olan Azərbaycanın dünyada nüfuzu daha da artır”.

Tədbirdə çıxış edən deputatlığa namizəd Hikmət Məmmədov bildirib ki, Azərbaycanda həyata keçirilən islahatlar kompleks xarakter daşıyır və  bütün sahələri əhatə edir: “İslahatlar dinamik və ardıcıl olaraq həyata keçirildiyi üçün biz artıq əvvəlki illərdə həyata keçirilən islahatların müsbət nəticələrini görməkdəyik. Bu gün aparılan islahatlar isə sabahkı uğurlarımızın əsasını təşkil edəcək”.

Deputatlığa namizəd vurğulayıb ki, demokratik siyasi sistemə malik olan Azərbaycanda seçkilər yerli qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçirilir: “Azərbaycan siyasi palitrasının ən güclü ictimai-siyasi təşkilatı olan YAP mütəmadi qələbələr qazanır və seçki təcrübəsini daim artırır. Partiya bu gün Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərir və uğurla inkişaf edir. Eyni zamanda, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, qalib xalqın qalib lideri olan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində həm partiyamız, həm də dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub”.
Deputatlığa namizəd Hikmət Məmmədov 1 sentyabr tarixində keçiriləcək seçkilərdə seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıb.

Görüşdə çıxış edənlər ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də YAP-ın namizədlərinin qələbə qazanacağına, bu prosesdə cəmiyyət üzvlərinin aktiv iştirak edəcəklərinə əminliklərini bildiriblər.

Sonda deputatlığa namizəd Hikmət Məmmədov seçicilərlə söhbət edib, onların fikir və təkliflərini dinləyib.

Deputatlığa namizəd Hikmət Məmmədov Nərimanov rayonu, M. Arif və İ. Hidayətzadə küçələrində yaşayan seçicilərlə də görüşüb.