YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük uğurların davamı naminə!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP)  tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Eyvaz Qurbanovun Oğuz rayonunun Calut kəndindən olan seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə islahatlar aparılır. Azərbaycan böyük templə inkişaf edir, ölkəmiz hərbi və iqtisadi cəhətdən daha da qüdrətlənir. Qeyd olunub ki, Partiyamız yarandığı tarixdən ölkəmizdə keçirilən bütün seçkilərdə qalib kimi başa vurub. Seçkilərə hazırlıqla bağlı görülmüş işlər deməyə əsas verir ki, seçicilər 1 sentyabrda inkişafın davamına səs verəcəklər.

Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, bildirib ki, Prezident, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş nailiyyətlər Azərbaycanın dünyada söz sahibinə çevrilməsinə gətirib çıxarıb. İndi ölkəmiz növbəti mühüm ictimai-siyasi mərhələnin astanasındadır. 1 sentyabr seçkiləri Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ilk parlament seçkisi kimi tarixə düşəcək ki, bu da müasir dövlətçilik tariximizin qürurverici səhifəsidir.

Eyvaz Qurbanov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.  

Tədbir iştirakçılarından Nazim Hüseyni, Emin Cəfərov, kənd ağsaqqalları Bayram Abbasov, Lətif Abbasov, şəhid ailəsinin üzvü Sevinc Əmrahova və digərlərinin çıxışlarında qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib.

Öz növbəsində çıxış edən seçicilər 1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP namizədinə səs verəcəklərini əminliklə ifadə ediblər.

Qeyd edək ki, Oğuz şəhəri, 20 Yanvar küçəsində yaşayan seçicilərlə də məhəlli görüşlər keçirib.