YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkəsənlilərin seçimi bəllidir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamran Bayramovun Daşkəsən rayonunun Muşavaq, Qaraqullar, Qaratağlar, Şahkərəm, Alaxançallı, Zinzahal, Almalı, Yolqullar, Suqovuşan, Çanaqçı və Zivlən kəndlərinin seçiciləri ilə çoxsaylı görüşləri keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev bildirib ki, müasir müstəqil Azərbaycanın hər bir uğurunda Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi, hazırda cənab İlham Əliyevin sədrliyi ilə inkişaf edən Yeni Azərbaycan Partiyasının müstəsna rolu var.

Çıxış edən deputatlığa namizəd Kamran Bayramov qeyd edib ki, YAP-ın seçki platformasında bütün sahələrin inkişafına aid məqamlar öz təksini tapır. O, bildirib ki, cənab İlham Əliyevin yürütdüyü strategiya Azərbaycanı daha güclü etməyə yönəlibdir: “Hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin, xalqın gücü ilə azad edilən şəhər və kəndlərimizin yenidən qurulması və öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır”.

Tədbirlərdə, həmçinin partiya fəalları Fidail Həsənov, Murad Alıyev, Oktay Nuruyev, Abil Məmmədov, Rəfi Alıyev, Nurəddin Abbasov, Bərxudar Ələsgərov, Əjdər Alıyev, Fərxəndə Abbasova və Tahir Qurbanov çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.

Öz növbəsində çıxış edən seçicilər də yeni dövrün yeni hədəflərinə çatmaq naminə 1 sentyabr seçkilərində YAP-ın namizədi Kamran Bayramova səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Kamran Bayramov Qaraqullar kənd seçiciləri ilə məhəlli görüşlər də keçirib.