Xəbərlər
“Zəfərlər partiyası ilə qürur duyuruq”

Sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əli Quliyevin YAP Yasamal rayon təşkilatının qərargahında gənclər, idmançılar və ilk dəfə səs verəcək seçicilərlə görüşü keçirilib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev görüşü giriş sözü ilə açaraq deyib ki, Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatılıb. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən ümumxalq partiyası kimi tanınıb və nüfuz qazanıb. Bəxtiyar Nəbiyev Yeni Azərbaycan Partiyasının budəfəki parlament seçkilərində də möhtəşəm qələbə qazanacağına əminliyini bildirib. O, deputatlığa namizəd Əli Quliyev haqqında seçicilərə məlumat verib.
Deputatlığa namizəd Əli Quliyev əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. O, çıxışında seçiciləri ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirdə YAP Yasamal rayon seçki qərargahının üzvləri olan Vətən müharibəsi şəhidi kapitan Həmidağa Hüseynzadənin atası Bağı Hüseynov, Zahid Cəfərov və Lalə Bayramova çıxış ediblər.
Çıxış edənlər uğurlarımızın davamlı inkişafı üçün seçiciləri növbədənkənar parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar. Seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini qeyd ediblər.