YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncəlilər ölkəmizin işıqlı sabahına səs verəcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Müşfiq Cəfərovun YAP Gəncə şəhər təşkilatının qərargahında seçicilərlə növbəti görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib ki, partiyamız öz fəaliyyətində qanunun aliliyi, azadlıq və bərabərlik prinsiplərini əsas götürür, siyasi plüralizmi təşviq edir, siyasi sistemin inkişafına, Azərbaycanın müasir, demokratik və hüquqi dövlət kimi tərəqqisinə layiqli töhfələr verir. O, parlament seçkilərinin beynəlxalq standartlara və demokratik prinsiplərə uyğun keçiriləcəyinə əminliyini xüsusi vurğulayıb.

Deputatlığa namizəd Müşfiq Çəfərov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edərək bildirib ki, seçkilərin bütün ölkə ərazisində keçirilməsi müasir dövlətçilik tariximizin qürurverici səhifəsidir.

Tədbirdə, həmçinin çıxış edən seçicilər də uğurlarımızın davamı naminə parlament seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini deyiblər.