YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçicilərin istək və arzuları yerinə yetiriləcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 76 saylı Lənkəran-Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Cavanşir Paşazadənin Şağlaser kəndində seçicilərlə görüşü keçirilib.

Deputatlığa namizəd Cavanşir Paşazadə parlament seçkilərinin əhəmiyyətindən danışıb, deputat seçiləcəyi təqdirdə seçicilərin problemlərinə həssaslıqla yanaşacağını, onların istək və arzularını yerinə yetirmək üçün əlindən gələni edəcəyini bildirib.

Görüşdə iştirak edən seçicilər Cavanşir Paşazadənin Milli Məclisin deputatı olduğu dövrdə onların problemlərini həll etdiyi üçün birmənalı şəkildə ona səs verəcəklərini bildiriblər.

Sonda xatirə şəkli çəkilib.