Xəbərlər
Əgər yenidən etimad göstərərlərsə...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 78 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar İsgəndərovun avqustun 13-də YAP Lənkəran rayon təşkilatının qərargahında şəhid ailələri ilə görüşü keçirilib.
Görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub və qərənfillər düzülüb.
Görüş Azərbaycanın Respublikasının Dövlət himni və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev əvvəlcə Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında, erməni daşnak qüvvələrinin darmadağın edilməsində şəhidlərimizin əvəzsiz xidməti olub. Qeyd edib ki, xalqımız Vətən yolunda şəhid olan əsgər və zabitlərimizi heç vaxt unutmayacaq, onlar əbədiyyət qazanıblar: “Dövlətimiz hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşır. Buna görə həmin kateqoriyadan olan vətəndaşlar bütün seçkilərdə Yeni Azərbaycan Partiyasını dəstəkləyir”.
Çıxışı zamanı deputatlığa namizəd Anar İsgəndərov ötən dövrdə deputat olaraq seçicilərilə mütəmadi olaraq görüşdüyünü, onların qaldırdıqları məsələlərlə bağlı müvafiq qurumlara müraciət etdiyini bildirib. O, qeyd edib ki, əgər yenidən etimad göstərərlərsə, seçicilərin bundan sonra da müraciətlərini, təkliflərini parlament tribunasından səsləndirəcək.
Şəhid atası Kamran Kazımov, Lənkəran Dövlət Universitetinin dosenti Asif İmanlı, təşviqat qrupunun üzvləri Leyla Məcidova, Cəmil Quliyev tədbirdə çıxış ediblər. Bildirilib ki, .
Çıxış edənlər seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilər də parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Həmin gün deputatlığa namizəd Anar İsgəndərov Lənkəran rayonunun Günəhir kəndində də seçicilərlə görüş keçirib.