YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın keçdiyi yol uğurlarla zəngindir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 111 saylı Zaqatala-Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüsalə Mahmudovanın seçicilərlə görüşü keçirilib.

YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov bildirib ki, partiyamız parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatılıb. O, deyib ki, YAP çox böyük tarixi yol keçib. Partiyanın ideyalarına, Azərbaycan dövlətinə və dövlətçiliyə sadiq insanlar, həmçinin, ziyalılar, Vətəninə, millətinə bağlı olan insanlar bu partiyada təmsil olunurlar.

Vüsalə Mahmudova YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək bildirib ki, Prezident İlham Əliyev inkişafın Azərbaycan modelinin əsasını qoyub, ölkəmizin inkişafı bir çox dövlətlərə nümunədir. Bu gün elə bir sahə yoxdur ki, orada inkişaf göstəriciləri qeydə alınmasın. Azərbaycan bütün sahələrdə inkişaf etməklə bir daha dünyaya sübut edib ki, müstəqilliyimiz əbədidir.

Seçicilər də YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.