YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamlılar yeniliyə və inkişaffa səs verəcəklər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində avqustun 12-də Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 119 saylı Ağdam seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İbrahim Məmmədovun Ağdam Mexaniki Suvarma idarəsinin inzibati binasında Xındırıstan, Paşabəyli, Sarıçoban, Baharlı və Bəybabalar kəndindən olan seçicilərlə görüşü keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra rayon ərazisindəki Şəhidlər Xiyabanı  ziyarət olunub.

Daha sonra Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının şərəfli inkişaf yolu keçərək bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni nailiyyətlərə imza atdığını deyib. Sonra Mansur Quliyev deputatlığa namizəd İbrahim Məmmədov haqqında seçicilərə məlumat verib.

Deputatlığa namizəd İbrahim Məmmədov görüş zamanı hüquqi və demokratik dövlət olan Azərbaycanda sentyabrın 1-də keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərindən, həyata keçirilən daxili və xarici siyasət kursunun uğurlu nəticələrindən bəhs edib.

Çıxışı zamanı İbrahim Məmmədov seçiciləri parlament seçkilərində fəal olmağa və layiq bildikləri namizədlərə səs verməyə çağırıb.

Tədbir iştirakçılarından təşviqat qrupunun üzvü Hafiz Əzimov, seçicilər Elşən Hüseynov, Rövşən Nəcəfov, İsa Əliyev, Nizami Əsədov çıxış ediblər. Çıxış edənlər uğurlarımızın davamı naminə parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.