YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP xalqın ümidlərini doğrultmaqda qərarlıdır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 61 saylı Qusar seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Azər Badamovun rayonun Mucuq və Həzrə kəndlərində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Yeni Azərbaycan Partiyasının budəfəki parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını deyib. O, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə, böyük tarixi və əbədi zəfərlərə imza atdığını deyib. Qeyd olunub ki, bu uğurların zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası və suverenliyimizin təmin olunması dayanır.

Çıxış edən deputatlığa namizəd Azər Badamov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, parlament seçkilərinin ilk dəfə olaraq işğaldan azad edilmiş torpaqlarda keçirilməsinin əhəmiyyətini vurğulayıb. Qarşıdakı dövr üçün prioritet məsələlərdən biri olan əhalinin sosial rifahının yaxşılaşdırılmasının dövlət siyasətinin prioriteti olduğunu deyən namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. 

Digər çıxış edənlər də seçiciləri sentyabrın 1-də Azərbaycanın işıqlı sabahını - Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləməyə çağırıblar.

Seçicilər vurğulayıblar ki, budəfəki parlament seçkilərində də mütəşəkkil formada öz səsvermə hüquqlarından istifadə edərək YAP-ın namizədinə səs verəcəklər.