YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-a etimad sonsuzdur

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Müşfiq Cəfərovun Gəncənin Bağbanlar kəndində seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri yad edilib.

Görüşü giriş sözü ilə açan namizədin nümayəndəsi Sahib Əmiraslanov bildirib ki, bu seçkilərə də böyük qələbə əzmi ilə qatılan YAP xalqın dəstəyinə güvənir. Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP növbəti dəfə möhtəşəm qələbə qazanacaq.

Deputatlığa namizəd Müşfiq Cəfərov seçicilərə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib, Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını bildirib. Müşfiq Cəfərov YAP-ın ümumxalq partiyası kimi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini söyləyib, ölkəmizin daha da güclənməsi naminə seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və layiqli namizədlərə səs verməyə çağırıb.

Tədbirdə təşviqat qrupunun üzvləri Eldar Zeynalov, Rufan Nəsirov çıxış edərək bildiriblər ki, YAP xalqın inam və etibarını qazanan partiyadır. Budəfəki seçkilərdə ümumxalq partiyanın parlaq qələbəsinə şübhə yoxdur.

Görüşdə çıxış edən seçicilər də parlament seçkilərində fəal iştirak edəcəklərini və YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, deputatlığa namizəd Müşfiq Cəfərov Gəncə şəhər, Azərbaycan küçəsində şəhid Nicat Nəcəf oğlu Qasımovun ailəsini ziyarət edib, eyni zamanda seçicilərlə fərdi görüşlər keçirib.