YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beyləqanda seçicilərlə növbəti görüş

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 83 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Şahin İsmayılovun rayonun Dünyamalılar kəndində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov Yeni Azərbaycan Partiyasının seçkilərə yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan xalqı artıq işğal və seperatizm problemi olmadan, eləcə də müstəqillik tarixinin ən güclü dövrünü yaşayaraq parlament seçkilərində iştirak edəcək.

Deputatlığa namizəd Şahin İsmayılov “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının ölkənin və regionun siyasi həyatında aparıcı qüvvə olduğunu deyib. O, yenidən seçicilərin etimadını qazanacağı təqdirdə buna qədər əldə etdiyi təcrübənin daha səmərəli işlər görmək üçün potensiala çevriləcəyini vurğulayıb.

Seçki qərargahının üzvü Füzuli Quliyev, kənd ağsaqqalları İsgəndər Tağıyev və Vaqif Quliyev çıxış edərək dövrdə qarşıda duran hədəflərdən danışıb, seçiciləri partiyanın namizədinə səs verməyə dəvət ediblər.