YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oğuz rayonundan olan seçicilərlə görüş davam edir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Eyvaz Daşdəmir oğlu Qurbanovun Oğuz rayonunun Kərimli və Qarabaldır kəndlərində seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını bildirib. YAP-ın Ümummilli Lider Heydər Əliyevin ideyalarına əsaslanaraq, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyi, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafına öz töhfəsini verdiyi qeyd olunub. Daha sonra deputatlığa namizəd Eyvaz Qurbanov haqqında seçicilərə məlumat verilib.

Çıxış edən deputatlığa namizəd Eyvaz Qurbanov vurğulayıb ki, növbədənkənar parlament seçkiləri 7 fevral prezident seçkilərinin məntiqi davamıdır və ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır. Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə tarixi uğurlar əldə edən Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.

Tədbirdə təşviqat qrupunun üzvləri Günel Abdullayeva, Ceyhun Kərimov, İlkin Lətifov, kənd ağsaqqalları Sahib Camıyev, Ələddin Nəcməddinov, kənd sakinləri Mehman Nəcməddinov, Sahib Yusifov, Məhərrəm Həmidov, Mətanət Sadıqov çıxış edərək Yeni Azərbaycan Partiyasının bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə tarixi nailiyyətlər qazandırdığını bildiriblər.

Seçicilər sentyabrın 1-də seçki məntəqələrinə gedərək YAP-ın namizədinə səs verəcəklərini deyiblər.