YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığa böyük önəm veririk

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin, beynəlxalq səviyyədə tərəfdaşlığının prioritet istiqamətlərindəndir. Bu gün Azərbaycanın Mərkəzi Asiya dövlətlərilə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Tacikstanla münasibətlərimiz çoxşaxəli olmaqla bərabər, eyni zamanda, milli-mənəvi maraqlara bağlılığı ilə seçilir. Bunun da ən əsas səbəbindən biri tacik  xalqı ilə ortaq milli-mənəvi dəyərləri bölüşməyimizdir.

Azərbaycan və tacik xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfəri Tacikistanda da böyük sevinclə qarşılandı. Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildikdən sonra bu iki dövlət arasında münasibətlər həm məzmun, həm də forma etibarilə daha da  genişlənib. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Son illər Prezident cənab İlham Əliyevin Tacikistana, Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfərləri və bu görüşlər zamanı imzalanan sənədlər münasibətlərimizin yüksək səviyyədə olmasından xəbər verir.

Tacikistan Prezidenti Emoməli Rəhmonun 23 may tarixində geniş nümayəndə heyəti ilə Azərbaycana rəsmi səfərə gəlməsi və iki dövlət arasında bir sıra sahələri əhatə edən sənədlərin imzalanması əlaqələri daha da genişləndirdi. Görüş zamanı Azərbaycan və Tacikstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq üzrə aktual məsələlərə dair danışıqlar, qarşılıqlı maraq doğuran beynəlxalq və regional mövzular üzrə fikir mübadiləsi aparıldı. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, ümumilikdə 14 sənədin imzalannası ölkəmizin Tacikstanla iqtisadi potensialının daha da artırılmasına, ölkələrimiz arasında münasibətlərimizin xeyli möhkəmləndirilməsinə böyük töhfələr verəcəkdir.

Sənədlərin imzalanma mərasimindən sonra Prezidentlər mətbuata bəyanatla çıxış etdilər. Çıxışında cənab İlham Əliyev Azərbaycan və Tacikistan dövlətləri və

xalqları arasında mövcud dostluq və qardaşlıq əlaqələri, eləcə də həyata keçirilən və gələcəkdə hər iki dövlətin inkişafına müsbət təsir göstərəcək layihələrin reallaşdırılacağı barədə məlumat verdi.

Ölkələrimiz arasında siyasi, mədəni, iqtisadi əlaqələr inkişaf etməkdədir. Bu in­ki­şaf qarşılıqlı etmada əsaslanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında dedi: “Azərbaycanda Taci­ki­stanın Mədəniyyət Günlərinin keçirilməsi iki­tə­rəfli münasibətlərdə mühüm hadisədir. Tacik xal­qının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı Azərbaycan tamaşaçılarına sevinc bəxş edəcəkdir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev inamla onu da bildirdi ki, “Azər­baycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır”.

Ölkələrimiz arasında münasibətlər parlamentlər  səviyyəsində də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu, dostluq və əməkdaşlıq qrupu da mövcuddur.

Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Tacikstan Respublikası ilə münasibətlərə böyük önəm verir. Tacikistan respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri dövlətlərarası münasibətlərin genişlənməsinin, qarşılıqlı etimadın yüksəlişinin təsahürü olaraq xalqlarımızın rifahının daha da yüksəldilməsinə xidmət edir.

DİGƏR Xəbərlər Arxiv