YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqil Azərbaycan istənilən nəticəni əldə etməyə qadirdir

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il ötür. Günümüzün qürurverici hadisələrindən biri budur ki, artıq bayramlarımızı, o cümlədən Müstəqillik Günü işğaldan azad edilmiş ərazilərimizdə qeyd edirik. Ötən il  Müstəqillik Günündə dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında oldular. Laçın şəhərinə qayıdan əhali ilə gğrüşüb onlara evlərin açarlarını təqdim edən Prezident İlham Əliyev bildirmişdir ki, bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir. Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.

XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Belə ki, müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan həmin dövrün iqtidarının yarıtmaz siyasəti nəticəsində müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.  Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Suverenliyimizin əbədiliyi “Müstəqillik yolu qədər çətin yol yoxdur. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” söyləyən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. “Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır” sözləri ilə müstəqilliyi hər bir xalqın tarixi neməti adlandıran, “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” bildirən Ulu Öndər onu da vurğulayırdı ki, hər bir qurtuluşun əsasını milli azadlıq təşkil edir. Ümummilli Lider Heydər Əliyevin müdrikliklə söylədiyi bu sözlər artıq reallaşıb. Dahi şəxsiyyət, eyni zamanda, bildirirdi ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət də ən böyük məmləkət qədər güclü olur.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, 1993-2003-cü illərdə həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət bugünkü Azərbaycanın möhtəşəm uğurlarına yol açdı.   Ümummilli Lider Heydər Əliyev Azərbaycanın çətin günlərdən şərəflə çıxaraq dünya birliyində layiqli  yer tutacağını böyük inam və qətiyyətlə bildirmişdir. Bu gün bu kursun layiqli davamçısı Prezident İlham Əliyev öz qətiyyəti, siyasi iradəsi, təkmil islahatları ilə Azərbaycanın imzasını dünyada təsdiqləyir, əsl söz sahibi olduğunu bəyan edir.  İqtisadi möcüzələr ölkəsi kimi tanınan Azərbaycan möhkəm təməl üzərində inamla addımlayır.   Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz keçilən yolumuzun zənginliyinə, təcrübəmizin çoxşaxəliliyinə, islahatlarımızın təkmilliyinə əsaslanır. Müstəqillik tariximizi yalnız bir gün deyil,  daim  səhifələyib  bu reallıqla fəxr etməliyik ki,  Azərbaycan xalqı  aciz deyil,  qəhrəmanlıqla  dolu keçmişi vardır. Bu keçmişi öyrənmək, təbliğ etmək hər birimizin vətəndaşlıq borcudur.

106 illik yolun uğurlarının təqdimatı olan bugünkü müasir müstəqil, qalib Azərbaycan daim Zəfərlərə doğru inamlı addımlar atır. Buna əsas verən ölkəmizin  siyasətində ədalətə və beynəlxalq hüquqa əsaslanmasıdır. Ötən Müstəqillik Günündən bu günə hadisələrin xronologiyasına diqqət yetirdikdə davamlı uğurların, Zəfərlərin şahidi oluruq. Azərbaycanın suverenliyini tam bərpa etməsi hər birimizi qürurlandırır.  Hazırda qalib Azərbaycan həyatının yeni dövrünü yaşayır. Tarixi sahibinə qayıdan torpaqlarımız cənnət məkana çevrilir. Bütün bərpa-quruculuq işlərini daxili imkanları hesabına həyata keçirən Azərbaycan iqtisadi imkanları ilə dünyanın diqqətindədir.

Təbii ki, müstəqillik tariximizin uğurlarını bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Reallıq budur ki, Azərbaycan müstəqil siyasəti ilə davamlı uğurlara imza atır, sözünün imzası qədər əhəmiyyətli olduğunu hər addımında təsdiqləyir.  Hər zaman olduğu kimi, bu gün də Azərbaycanın sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi nüfuz qazanması düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir.

DİGƏR Xəbərlər Arxiv