YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallıda Müstəqillik Günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatında  28 May - Müstəqillik Günü münasibətilə Masallı Tarix-Diyarşünaslıq muzeyində partiya veteranları ilə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Tarix-Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, partiya veteranları Qardaş Fətullayev, Rafiq Bağırov, Əyyub Mehtiyev, Yaşar Gözəlov, Faiq Nağıyev, Vahid Mirzəyev, İsrafil Əliyev və başqaları Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından, müstəqilliyimizin, milli dövlətçiliyimizin keçdiyi böyük şərəfli inkişaf yolundan danışıblar. Qeyd olunub ki, Azərbaycanın çətin günlərində - 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə gəlmək ilə ölkənin müstəqilliyini əbədi etdi, ölkədə xaos və anarxiya, iqtisadi və siyasi çətinliklər aradan qaldırıldı.

Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu nailiyyətlər Azərbaycan xalqının həyatının bütün sahələrində özünü göstərir.