YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi anlardan biri

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

May ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban xanım Əliyevanın Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edərək şəhərə köçmüş ilk sakinlərlə görüşərək onlara mənzillərin açarlarını təqdim ediblər. Cənab Prezident Şuşa sakinləri ilə görüşdə bildirdi ki, bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub: “Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər”.

Bəli, Azərbaycan bu gün öz imkanları ilə 30 ilə yaxın Ermənistanın dağıdıb viran qoyduğu ərazilərdə bərpa-quruculuq işləri həyata keçirir. Azad edilmiş ərazilərdə Böyük Qayıdış konsepsiyası ardıcıllıqla icra olunmaqdadır. 32 ildən sonra şuşalılar doğma Şuşaya qayıdırlar. Əlbətdə ki, bu çox mühüm tarixi hadisədir. Digər mühüm əhəmiyyəti isə bu tarixi hadisənin məhz Ulu Öndər Heydər Əliyevin 101 illiyi günü baş tutmasıdır. Bu gün böyük qürur və iftixar hissi ilə Şuşanın dirçəlməsindən bəhs edirik. Bu isə dövlət başçısı İlham Əliyevin adı ilə bağlıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa Şuşanın işğaldan azad edilməsi müjdəsini çatırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etməklə yanaşı, Qarabağın tacını dirçəldəcəyimizi böyük inam və qürurla bildirmişdir. 30 illik torpaq həsrətini yaşayan xalqa bu sevinci yaşadan Liderə təbii ki, minnətdarlıq sonsuz olacaq. Cənab İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra bərpa və qurulucuq işlərinə start verməsi ən xoşbəxt, tarixi anlardan biridir. Müzəffər Ali Baş Komandan İlham Əliyev tamamilə məhv edilmiş, dağıdılmış Şərqi Zəngəzuru və Qarabağı yenidən qurur, yeni şəhərlər, qəsəbələr, kəndlər tikir. Sakinlərin öz yurdlarında xoşbəxt və firavan yaşaması üçün hər cür müasir şəraiti yaradır. Ən əsası isə bütün bu işlər Azərbaycanın daxili imkanları hesabına həyata keçirilir. Artıq keçmiş məcburi köçkünlərin də bir qismi öz yurdlarına dönüb.

Dövlət başçısı çıxışında Azərbaycanın bu gün regionda söz sahibi olduğunu və Qafqazın iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizim olduğunu vuğulayaraq deyib ki, həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar.