YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Həmrəylik və əməkdaşlıq əsasdır

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Dünyanın enerji təhlükəsizliyinin təminatından bəhs edərkən ilk olaraq Azərbaycanın rolu önə çəkilir. Bu, ondan irəli gəlir ki, ölkəmiz malik olduğu enerji resurslarından səmərəli istifadə etməklə reallığa çevirdiyi enerji layihələri ilə dövlətləri, xalqları bir araya gətirir, dünyaya əməkdaşlıq, dostluq mesajlarını çatdırır. Əməkdaşlığın regional çərçivədən başlayaraq illər keçdikcə coğrafiyasının genişlənməsi də bunun bariz nümunəsidir. Bu gün dünyanın enerji təchizatında ciddi böhran və enerji təhlükəsizliyi üçün böyük risklərlə üzləşdiyi bir zamanda  əməkdaşlıq əlaqələrinin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi  xüsusilə mühüm əhəmiyyət kəsb edir.

Mayın 8-də ölkəmizdə səfərdə olan Rumen Radev ilə keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərdə dövlət başçısı İlham Əliyev ölkəmizin enerji sektorunda qazandığı uğurlardan geniş bəhs edərək yeni imkanların yaradıldığını diqqətə çatdırdı. Bu mühüm məqamı da xüsusi qeyd etdi ki,  Bolqarıstan, eyni zamanda, qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilib. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və  gələcəkdə bu ölkələrin sayı daha da artacaq: “Yəni, bu, əməkdaşlığımızın konkret nəticələridir, çox güclü ikitərəfli əlaqələrimizin məntiqi nəticəsidir. Çünki bizim əməkdaşlığımız gərək konkret nəticələrlə sonuclansın. Yəni, əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdir və biz həm ticarət dövriyyəsinin artımında, eyni zamanda, energetika sahəsindəki əməkdaşlıqda bunu görürük.”

O da qeyd edildi ki, bu gün  bir layihəni də müzakirə etdik. O  yaşıl enerji kabelidir.   Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla bu istiqamətdə çox fəal iş aparır. Bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq. Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz  deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir.

Təbii ki, yeni tərəfdaşların, dostların qazanılması, eyni zamanda, yeni layihələrin gündəmə gətirilməsini də şərtləndirir. Azərbaycan hər bir layihənin uğurla başa çatmasında maraqlıdır, bütün iştirakçı ölkələrin maraqlarının nəzərə alınması əsas diqqət göstərilən məsələlərdəndir. Həmrəylik və əməkdaşlıq əsasdır.

Artıq qeyd edildiyi kimi, gələcəyin enerjisi – yaşıl hidrogenin nəqli barədə müzakirələrə başlanılıb, mühüm addımlar atılır. Azərbaycanın bu sahədə böyük potensiala malik olduğu aydındır. Ölkəmiz bərpaolunan enerjinin istehsalı məqsədilə bu sahədə aparıcı beynəlxalq şirkətlərlə müqavilələri və Anlaşma Memorandumlarını imzalayıb. Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Bu həcmə Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat da aiddir. Əlbəttə ki, yaşıl enerjinin əsas ixrac istiqaməti Avropadır.

Slovakiyanın Baş naziri Robert Fitsonun mayın 7-də ölkəmizə səfərində də müzakirə olunanan məsələlərdən biri  enerji gündəliyi oldu.  Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və  9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır.  Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Planda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayandı və  buna nail olacağıq.

Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlamışdır. Əvvəldə də qeyd etdiyimiz kimi,  genişmiqyaslı yaşıl gündəliyimiz də icra edilir və bir çox bərpaolunan külək,  günəş enerjisi stansiyalarının inşa olunması  qaza qənaət etmək imkanı yaradacaq. Təbii ki, bu qazın əsas istiqaməti və əsas ünvanı Avropa olacaq.

Keçirilən  görüşlərdə  ticarət dövriyyəsinin artırılması istiqamətində aparılacaq işlərə də diqqət yetirildi.  Səfər çərçivəsində  Slovakiya-Azərbaycan biznes forumu keçirildi. Onlarla slovakiyalı iş adamı Azərbaycanda səfərdə oldu.  Bir çox sərmayə layihələri də müzakirə edildi. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi: “Bu gün bu məsələlər də müzakirə edildi və hər iki tərəfdən buna, necə deyərlər, yaşıl işıq yandırılmışdır.”

Atılan hər bir addım Avropanın ölkəmizə marağını ifadə edir. Azərbaycana inamın və etimadın əsasında, etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində  Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti əsas rol oynayır.  Cənab İlham Əliyev böyük inamla qeyd edir ki, Avrasiyanın enerji xəritəsini yenidən cızırıq.