YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xocavənd rayon təşkilatının Şura iclası keçirilib

Yeni Azərbaycan Partiyası  Xocavənd rayon təşkilatının Şura iclası keçirilib. Tədbirdə Milli Məclisin sədr müavini,  YAP İdarə Heyətinin üzvü Bahar  Muradova, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov  iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Yeni Azərbaycan Partiyasının yaranma tarixinə qısa nəzər salaraq bildirib ki, YAP zamanın tələbi, xalqın istəyi ilə yaradılıb. Onun sözlərinə görə, 23 illik şərəfli yol keçən, dünənin, bu günün və gələcəyin partiyası olan YAP ölkənin ən aparıcı siyasi qüvvəsidir.

Sonra Milli Məclisin sədr müavini,  YAP İdarə Heyətinin üzvü Bahar  Muradova çıxış edərək Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası olduğunu, eyni zamanda ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqlədiyini bildirib. YAP-ın  əldə etdiyi nailiyyətlərdən, gördüyü işlərdən danışan vitse-spiker 2015-ci ilin noyabr ayında keçiriləcək parlament seçkilərindən də ölkəmizin uğurla çıxacağına inamını bildirib.

Daha sonra çıxış edən YAP Xocavənd rayon təşkilatının sədri Məhəmmədəli Bayramov, Şura üzvləri 2015-ci ilin noyabr ayında keçiriləcək parlament seçkilərində təşkilatın aktiv fəaliyyət göstərəcəyinə bir daha inamlarını ifadə ediblər.

 Sonda YAP Xocavənd rayon təşkilatının sədri Məhəmmədəli Bayramov təqaüd yaşına çatdığı üçün onun səlahiyyətləri rayon İH başçısının müavini Azər Süleymanova həvalə olunub.