Xəbərlər
“Vətənə, xalqa həsr edilən ömür”
Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Vətənə, xalqa həsr edilən ömür” mövzusunda dəyirmi masa keçirib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Vətənə, xalqa həsr edilən ömür” adlı videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə və digərləri Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs ediblər. Bildirilib ki, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu gün hər bir Azərbaycan vətəndaşı onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, Heydər Əliyevin bizə müqəddəs miras qoyduğu müstəqil, demokratik dövləti qoruyub saxlamağı şərəfli vəzifə hesab edir. Ümummilli Lider Heydər Əliyevin ölkəmizin parlaq gələcəyinə hesablanmış uğurlu siyasəti onun siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Sonda rayon təşkilatının fəal üzvləri 20 saylı ərazi partiya təşkilatının sədri Nazim Dünyamalıyevin və “Qızıl Zəngilan” jurnalının redaktoru Möhübbət Qurbanovun 65 illik yubileyləri münasibətilə onlara fəxri fərman və hədiyyə təqdim olunub.