YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəydə Ulu Öndərin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatı Arıqıran, Alnabat, Samanlıq, Çanaqçı, Daryurd, İnəkboğan, Moruxlu, Nərimankənd, Böyük Qaramurad, Zəhmətkənd, Xarxar, Slavyanka, Poladlı, Çayrəsullu, Novosaratovka, Novoivanovka, Çobankənd və Çiçəkli kənd ərazi partiya təşkilatlarında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib.

Tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. 

YAP Gədəbəy rayon təşkilatının sədr müavini Zaur Mehdiyev və digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib.

DİGƏR Xəbərlər Arxiv