YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və qurucusudur”

Yeni Azərbaycan Partiyası (YAP) Xocalı rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Gəncə şəhərində yerləşən Xocalı rayon Kosalar kənd tam orta məktəbində “Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda dəyirmi masa təşkil edib.

Tədbirdə çıxış edən YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev və digərləri Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranmasında, onun inkişaf etdirilməsində müstəsna xidmətlərindən və rolundan danışıb. 

Ulu Öndərin qəlblərdə özünə əbədi məhəbbət qazandığı, onun yaradıcı, qurucu və xilaskar obrazının xalqımızın yaddaşında daim yaşayacağı vurğulanıb. 

DİGƏR Xəbərlər Arxiv