YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məqsədə nail olmaqdan ötrü konkret addımlar atılır

“Azərbaycanda həyata keçirilən siyasət yaranan yeni çağırışlara və ölkənin strateji məqsədlərinə uyğun qurur. Bu günlərdə Prezident İlham Əliyev respublikamızın su təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsini hədəfləyən iki mühüm sənəd imzalayıb. Bunlar Qarabağ və Şirvan suvarma kanallarının yenidən qurulması haqqında sərəncamlardır. Aprelin 16-da isə dövlətimizin başçısı Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan su təhlükəsizliyinin möhkəmləndirlməsini özünün milli təhlükəsizliyinin mühüm bir istiqaməti kimi müəyyənləşdirib və buna nail olmaqdan ötrü konkret addımlar atır”. Bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Azərbaycan da məhdud su ehtiyatlarına malik olan ölkələr sırasında yer alır. Ölkə ərazisində su ehtiyatları məhdud olmaqla qeyri-bərabər paylanıb. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Azərbaycanı qidalandıran əsas su mənbələrinin respublikanın hüdudlarından kənarda formalaşması məsələyə daha həssas yanaşmağı tələb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev etibarlı su təchizatına nail olunmasını müstəqil Azərbaycanın strateji hədəflərindən biri kimi müəyyənləşdirib. Müstəqil Azərbaycan son 20 ildə geniş iqtisadi və maliyyə imkanlarından bəhrələnməklə reallaşdırdığı irihəcmli layihələr hesabına özünün su təhlükəsizliyini böyük dərəcədə həll etməyə nail olub. Bəhs olunan dövrdə respublikamızda 4 iri su anbarının yaradılması Azərbaycan dövlətinin gücünü təsdiqləyir.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında yenidən qurulacaq Şirvan və Qarabağ su kanalları ölkəmizin su təhlükəsizliyinin möhkəmlənməsində mühüm rol oynayacaq. Suötürmə qabiliyyəti saniyədə 78 kubmetr və uzunluğu 122 kilometr olan kanalın 65 ildən artıq fasiləsiz istismar edilməsi, illik su itkilərinin kəskin artması və qurğuların qəzalı vəziyyətə düşərək funksiyalarını itirməsi nəticəsində torpaqların meliorativ vəziyyəti pisləşərək deqradasiyaya uğrayıb. Bütün bunlar mövcud əkin sahələrinin vegetasiya dövründə suvarma suyu ilə təminatında çatışmazlıqlar yaradıb, bölgənin suya daim artan tələbatının ödənilməsindəki gərginliyi daha da dərinləşdirməklə ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb. Dövlət başçısının Şirvan kanalının təməlini atması ilə bu kanal yenidən qurulacaq. Kanalın müasir tələblər səviyyəsində yenidən qurulması və tikintisi mərkəzləşdirilmiş SCADA sistemi yaratmaqla su ehtiyatlarından daha səmərəli istifadəyə və optimal idarəetməyə, yaşayış məntəqələrinin məişət su təminatının yaxşılaşdırılmasına, 230 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə, o cümlədən 110 min hektardan çox mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və 116 min hektar əkinə yararlı torpaqların dövriyyəyə cəlb olunmasına, təqribən 346 milyon kubmetr su itkisinin qarşısının alınmasına, Hacıqabul gölünün, ətraf ərazilərin ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlığın əldə olunmasına, iri təsərrüfatlara məxsus əkin sahələrini suvarma suyu ilə təmin edən nasos stansiyalarının fəaliyyətinin dayandırılmasına və Pirsaatçay su anbarının nasos stansiyasının qidalandırılmasına imkan verəcək. cənab Prezidentin dediyi kimi, işağldan azad edilmiş ərazilərdə yeni su anbarlarının və su elektrik stansiyalarının tikilməsi də respublikamızın su təminatının yaxşılaşdırılmasında mühüm rol oynayacaq. 

DİGƏR Xəbərlər Arxiv